Ölkə

Pilotlar təyyarəni bu şəhərin əvəzinə Bakıya endirdi

Pilotlar təyyarəni bu şəhərin əvəzinə Bakıya endirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dubaydan Yekaterinburqa uçan “Fly Dubai” aviaşirkətinin təyyarəsi qar fırtınası səbəbindən istiqamətini dəyişərək Bakıya enib.

7Times.az  xəbər verir ki, məlumatı “TourDom” Teleqram kanalı yayıb.

Bildirilib ki, pilotlar əvvəlcə Ufadakı alternativ hava limanına enmək qərarına gəlsə də, cəhd uğursuz alınıb. Bu səbəbdən onlar Bakı istiqamətinə yönləndirilib.

Bakıdan reysin Yekaterinburqa göndəriləcəyi barədə məlumat yayılsa da, rəsmi təsdiq yoxdur.

“Komsomolskaya Pravda” isə xəbər verir ki, bəzi KİV-lər təyyarənin yenidən BƏƏ-yə göndərilə biləcəyini yazıb.

Axar.az