Ölkə

Pirquluoba kəndində növbəti səyyar qəbul keçirilib – FOTOLAR

Pirquluoba kəndində növbəti səyyar qəbul keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Pirquluoba kəndində növbəti dəfə səyyar qəbul keçirib.
Qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Pirquluoba, Qoçaqlı, Hacıməmmədoba və Yeni Sudur kəndlərinin sakinləri iştirak edib.
Sakinlər yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması, rabitə, internet və digər sahələrə dair müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.