Sosial

Quba rayonunda növbəti təmizlik aksiyası keçirilib – FOTOLAR

Quba rayonunda növbəti təmizlik aksiyası keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Quba Rayon İcra Hakimiyyətinin və Quba Regional Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Quba şəhəri, Qəçrəş yolunda meşəlik ərazidə növbəti təmizlik aksiyası keçirilib.
Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, Quba Regional Turizm İdarəsinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi və əməkdaşları, Quba “ASAN xidmət” Mərkəzinin könüllüləri, həmçinin “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat birliyinin əməkdaşları iştirak ediblər.
Tədbir zamanı ətraf mühitin mühafizəsinin və təmizliyin qorunmasının əhəmiyyətindən bəhs olunaraq bildirilib ki, belə aksiyaların keçirilməsində əsas məqsəd ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, tullantıların düzgün idarə olunması, ekoloji maarifləndirmənin gücləndirilməsi, vətəndaşlarda ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və bu sahədə ictimai iştirakçılığın artırılmasıdır.
Qeyd olunub ki, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına xidmət edən bu cür aksiyalar rayon ərazisində mütəmadi olaraq davam etdiriləcək.
Aksiya çərçivəsində meşə zolağı müxtəlif məişət tullantılarından təmizlənib, ərazidə sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması istiqamətində zəruri işlər görülüb.