Yaponiyada Motimaru adlı şotland pişiyi “YouTube” kanalında ən çox baxılan ev heyvanı olaraq “Ginnesin rekordlar kitabı”na düşüb.
7Times.az Modern.az-a istinadən xəbər verir ki, pişiyin videoları 685 milyondan çox baxış yığıb.
Hazırda o, “YouTube” kanalının ən populyar ev heyvanıdır.
“Motimaru’s Diary” kanalı 2019-cu ildə yaradılıb. Motimarunun sahibi ilk günlər onun gündəlik videolarını paylaşıb. Pişiyin layf-kontenti tezliklə izləyicilərin xoşuna gəlib və çoxlu sayda abunəçi toplayıb.
Hazırda “Motimaru’s Diary” kanalının 1,4 milyon izləyicisi var.
Follow @7timesaz