Cəmiyyət

Polad Həşimovun medalı anasına təqdim olundu – FOTO

Polad Həşimovun medalı anasına təqdim olundu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu orden və medallar onların ailələrinə təqdim olunub.

Mükafatların təqdimetmə mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi general-mayor Natiq Qarayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edib.

7times.az-ın məlumatına görə, General-mayor Polad Həşimovun “Azərbaycanın Milli Qəhrəmanı” medalı anasına təqdim olunub..

Medalı şəhid generalın anasına  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov verib.

Polad Həşimovun medalı anasına təqdim olundu- FOTO