Cəmiyyət

Polis banan qutularında 8,8 ton kokain aşkarladı

Polis banan qutularında 8,8 ton kokain aşkarladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvador polisi Belçikaya ixrac olunması planlaşdırılan banan yükündə 8,8 tona yaxın narkotik vasitə aşkarlayıb.

7Times.az “BBC News” telekanalına istinadla xəbər verir ki, aşkar olunan kokainin qara bazardakı qiyməti 330 milyon dollardır.

Ekvador qonşu Peru və Kolumbiyada istehsal edilən kokainin tranzit olunduğu əsas ölkələrdən biridir. Ötən il burada 200 tondan çox kokain müsadirə edilib. Ekvador dünyada ən böyük banan ixracatçılarından biridir və qaçaqmalçılar çox vaxt qanunsuz malları başqa ölkələrə keçirmək üçün meyvələrin arasında gizlədir.

Artan narkotik axını təkcə Belçikanı deyil, bütün Avropa İttifaqı ölkələrini təhdid edir.