Manşet

Polis Müsavat funksioneri haqda AÇIQLAMA VERDİ

Polis Müsavat funksioneri haqda AÇIQLAMA VERDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahovun evində axtarış aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir”.

7times.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

Onun sözlərinə görə, iyulun 30-da rayon sakini tərəfindən Xaçmaz RPŞ-yə rayon ərazisində diş texniki kimi fəaliyyət göstərən Bəxtiyar Əmrahovdan şikayət daxil olub. Şikayətçi bildirib ki, 3 il əvvəl stomotoloji xidmətlər üçün B.Əmrahov ondan 500 manat pul alsa da, heç bir müalicə işi aparmayıb.

Şikayətlə əlaqədar B.Əmrahov rayon polis şöbəsinə dəvət olunub və izahatı alındıqdan sonra sərbəst buraxılıb.