Ölkə

Prezident: “Ermənistan ərazilərdən dərhal çıxmağa başlasa, diplomatiya işləyə bilər”

Prezident: “Ermənistan ərazilərdən dərhal çıxmağa başlasa, diplomatiya işləyə bilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən artıq demişəm ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal çıxmağa başlasa, – əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik, – diplomatiya işləyə bilər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

“Yeri gəlmişkən, Ermənistanda bu hökumət hakimiyyətə gəlməmişdən əvvəl biz danışıqlar masasındakı məsələləri müzakirə edəndə ilk bənd o idi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bu, bərpa olunmalıdır. Bizim tələbimiz budur və düşünürəm ki, bunu tələb etməyə haqqımız var”, – Prezident qeyd edib.