Ölkə

Prezident fərman imzaladı

Prezident fərman imzaladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin forması təsdiq ediləcək.

7Times.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin və cinayət prosesini həyata keçirən orqana çağırış vərəqəsinin formasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.