Suriyada Əsəd rejiminin süqutundan sonra bütün gözlərin çevrildiyi Misirdə prezident Əbdülfəttah əs-Sisini də qorxu bürüyüb.
7Times.az xəbər verir ki, İngiltərədə yerləşən “Middleeasteye” saytının xəbərinə görə, Sisi Əsədlə eyni aqibəti yaşamaqdan ehtiyat edir.
Xəbərdə bu ifadələr yer alıb:
“O, bir neçə həftə əvvələ qədər naməlum ad idi, lakin Suriya üsyançıları Əsəd rejimini devirdikdən sonra Əhməd əl-Mənsur doğma Misirdə hərəkat inkişaf etdirməyi bacardı. 2013-cü ildə Əsədə qarşı Suriya müxalifəti ilə birlikdə döyüşməyə başlayan Misir vətəndaşı Mənsur müxalifət Dəməşqi ələ keçirdikdən sonra videolar yayımlayır. Misir prezidenti Əbdülfəttah əs-Sisini 12 illik hakimiyyətdən sonra istefaya çağırır. Mənsur bu yaxınlarda yayımlanan videoda “Sisinin yaşatdığı terror vəziyyəti bizdən inqilabı yenidən alovlandırmaq cəhdini tələb edir”, – deyə qeyd edib.
Qarışıqlıqlar arasında Sisi dəfələrlə ölkənin bəlalarına görə məsuliyyəti öz üzərinə götürməyə, eyni zamanda Əsədlə hər hansı müqayisədən uzaqlaşmağa çalışıb. O, bir çox çıxışlarında misirliləri öldürmədiyini və ölkənin sərvətlərini oğurlamadığını iddia edib. Lakin Mənsurun həştəqindən istifadə edən digər sosial media istifadəçiləri Sisinin çevrilişdən sonrakı aylarda bəşəriyyətə qarşı cinayətlərə nəzarət etdiyini, minlərlə Mursi tərəfdarı etirazçının ya güllələnərək öldürüldüyünü, ya da polis zorakılığının ən şiddətli hücumu zamanı həbs olunaraq işgəncələrə məruz qaldığını bildirib. Sisi həmçinin genişmiqyaslı repressiyalara başlayıb, siyasətçilər, etirazçılar, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla 65 minə yaxın insanı həbs edib”.
Qeyd edək ki, Misir hökumətinin Əsədə qarşı qiyam başlayandan sonra Suriyaya getmək və orada döyüşmək qərarına gələn misirlilərin siyahılarını tərtib etməyə başladığı bildirilir. Misir mənbələri bu adları terrorla əlaqəli kimi göstərməyə çalışır.
Follow @7timesaz