Dünya

Kəşfiyyat “WhatsApp” mesajlarını izləyir – Zukerberqdən etiraf

Kəşfiyyat “WhatsApp” mesajlarını izləyir – Zukerberqdən etirafbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq Co Roqanın podkastında bir sıra maraqlı açıqlamalar verib.

İqtisadiyyat.az xəbər verir ki, o, kəşfiyyat orqanlarının “WhatsApp” mesajlarını izlədiyini etiraf edib və sosial şəbəkələrdə senzuranın artmasına diqqət çəkib.

Zukerberq həmçinin “Apple”ın bağlanmış ekosistem siyasətini tənqid edərək, bunun rəqabəti məhdudlaşdırdığını və istifadəçiləri daha keyfiyyətli cihazlardan məhrum etdiyini bildirib. Roqan isə “iPhone”dan “Android”ə keçdiyini və bir şirkətdən asılı olmaq istəmədiyini qeyd edib.

Bu açıqlamalar “Apple” və “Meta” arasındakı gərginliyi bir daha gündəmə gətirib.