Aktual

Prezidentə yeni media layihəsi TƏQDİM EDİLİB

Prezidentə yeni media layihəsi TƏQDİM EDİLİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz “media lantşaft”ı layihəsini hazırlamışıq. Təbii ki, onu cəmiyyətə bütöv çıxarmamışıq, yalnız dövlət rəhbərliyinə təqdim etmişik”.

Bu fikirləri 7times.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Oruc bildirib. Deputat media sahəsindəki mövcud problemlərə də toxunub:

“Reklam bazarının zəif olması, kadr korpusunun başqa sahələrə keçməsi, ixtisaslaşmanın aparılmaması və digər problemlər hamını narahat edir. 2021-ci ilin iş planında KİV-lərə əsas yer ayırmışıq”.

Zahid Oruc mətbuatı zəif olan ölkənin özünü güclü saya bilmədiyini də qeyd edib:

“Vətən müharibəsində gördük ki, Ali Baş Komandan informasiya savaşını 3 dildə əsas beynəlxalq audotoriyalarda və platformalarda şəxsən özü apardı. Dövlət başçımızın dünyanın fərqli teleradio kanallarına verdiyi ardıcıl, məqsədyönlü, sistemli müsahibələrilə informasiya savaşını qazana bildik. Keçmişdə bizdə tez-tez “media kapitanları” sözü işlədilirdi. O vaxt deyirdim ki, bizə informasiya müharibəsini aparmaq üçün siyasət, media generalları lazımdır. Müharibənin gedişində Tədqiqat Mərkəzi kimi hərbi reportyorlarımızın canlı döyüş səhnələrini çıxarıb dünyaya yaymasını, fotoqrafların və jurnalistlərin, salnaməçilərin öndə olmasını təklif edirdik. Gerçək vəziyəti bildiyimiz halda bəs nə etməliydik? Nə yaxşı, müstəqil qələm adamlarımız o boşluğu doldurdular. Ona görə də təklif edirik ki, medianın yeni simalarını yetişdirmək üçün ardıcıl proqramlar, təlimlər, təcrübə mübadilələri həyata keçirilsin. Onda 1990-cı illər mətbuatının qaynar mühitinə dönüləcək, kiminsə diqtəsi ilə işləmək arxa plana keçəcək, peşəkar maraqlar önə çıxacaq. Məmurlar isə “yalnız arzuladığımı oxuyum” deməyəcəklər”.