Cəmiyyət

“Prezidentin ən yaxın qohumları I Qarabağ müharibəsinin ilk Milli Qəhrəmanları olub” – Misir Mərdanov

“Prezidentin ən yaxın qohumları I Qarabağ müharibəsinin ilk Milli Qəhrəmanları olub” – Misir Mərdanovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kitabda Prezidentin məktəb illəri, onun ailə məktəbi, ali məktəbdə oxuması, Heydər Əliyev məktəbi və Prezident İlham Əliyev məktəbi adlı fəsillər var. Hər fəsildə indiyə kimi kitablarda dərc olunmayan məsələlər əksini tapıb.Məsələn, bəlkə də çox adam bilmir ki, İlham Əliyev orta məktəbə 5 yaşından gedib. Onu məktəbə götürmək istəməyiblər, çünki o zaman 6-7 yaşından məktəbə gedirdilər. Onda deyiblər ki, hazırlığa getsin, sonra davam edər. Müəllimləri xatirələrində yazıblar ki, bu uşaq tez bir zamanda özündən yaşca böyük olan uşaqları keçdi və oxumağa davam etdi. Moskvada univerisitetdə oxuduğu vaxtlarda tələbə yoldaşları ilə və orta məktəbdə sinif yoldaşları ilə birgə çəkdirdiyi şəkillər kitabda əks olunub”.

7times.az xəbər verir ki, bunu qafqazinfo-ya sabiq Təhsil Naziri Misir Mərdanov “Zəfərə aparan yol” adlı kitabından bəhs edərkən deyib.

M.Mərdanov bildirib ki, Prezidentin ən yaxın qohumları 1-ci Qarabağ müharibəsinin ilk Milli Qəhrəmanları olub:

“Elə şəkillər var ki, ilk dəfədir bu kitabda yer alır. Sonra ailə məktəbindən bəhs edilir. Bəlkə də çox adam bilmir ki, Prezidentin ulu babaları Comərd kişi (o zaman Alagöz Məmməd) deyirlərmiş, Qarabağ xanının müdafiə naziri vəzifəsinə kimi yüksələn adamlar olub. Onlar hərbi xidmətlərini başa vurduqdan sonra Qarabağ xanı müraciət edir ki, siz harada yaşamaq istəyirsiniz? Comərd kişi deyir ki, filan ərazidə. Comərd kəndinin adı da oradan yaranıb. O zaman qayda belə imiş ki, hərbi xidmətdən pensiyaya gedən adamlara torpaq sahəsi verirlərmiş. Cənab Prezidentin ən yaxın qohumları 1-ci Qarabağ müharibəsinin ilk Milli Qəhrəmanları olub. Onların da ad və soyadları bu kitabda yazılıb”.