Ölkə

Prezidentin Naxçıvan Ali Məhkəməsinə sədr təyin etdiyi Səadət Bəktaşi kimdir – DOSYE

Prezidentin Naxçıvan Ali Məhkəməsinə sədr təyin etdiyi Səadət Bəktaşi kimdir – DOSYEbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Səadət İnayət qızı Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

7Times.az  Naxçıvan Ali Məhkəməsinə sədr təyin edilən Səadət Bəktaşinin dosyesini təqdim edir:

 

Bəktaşi Səadət İnayət qızı 25 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.

 

1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, həmin təhsil müəssisəsini 1982-ci ildə bitirmişdir.1976-1977-ci illərdə Bakı şəhəri Binəqədi rayon xalq məhkəməsində məhkəmə iclas katibi işləmişdir.1982-1984-cü illərdə Bakı şəhəri 1 saylı Dövlət Notariat kontorunda dövlət notariusu vəzifəsi üzrə stajor;1984-1997-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qanunvericiliyin sistemləşdirilməsi vəqanun layihələrinin hazırlanması idarəsində məsləhətçi, Sovet qanunçuluğu idarəsində 1-ci dərəcəlimütəxəssis, Qanunlar toplusu redaksiya qrupunda aparıcı mütəxəssis, Hüquqi şəxslərin dövlət qeydiyyatı

 

idarəsində baş mütəxəssis, rəis müavini vəzifələrində işləyib;

 

1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının dövlət hüquq şöbəsində böyük məsləhətçi, Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində işləyib;

 

2000-2007-ci illərdə Azərbaycan Respublikası 1 saylı yerli iqtisad məhkəməsinin sədri vəzifəsində işləyib;

2007-2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş, İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının sədri vəzifəsini icra edib;

 

2010-cu ilin avqust ayının 28-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib;

 

Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının sədridir.

 

2008-ci ilin 21 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 1 iyun 2012-ci il tarixli sərəncamı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin sədri təyin edilmişdir.

 

Ailəlidir 2 övladı var.(Yeni Sabah)