Xəbər verdiyimiz kimi, Haiti Prezidenti Jovenel Moizə edilən sui-qəsdlə əlaqədar iki Haiti-ABŞ vətəndaşları nəzarətə alınıb.
7times.az xəbər verir ki, sui-qəsdlə əlaqədar 2 ABŞ vətəndaşı və 26 kolumbiyalı tutulduqdan sonra, ölkənin küçələri döyüş meydanına çevrilib.
Belə ki, nümayişlərdə iki kolumbiyalı şübhəlinin haitilər tərəfindən hücuma məruz qalması görüntülərdə əks olunub. İnsanlar onları iplə bağlayaraq, qan içində küçələrdə sürüyüblər.
Bununla yanaşı paytaxt Port au Prince-də kütləvi izdihamlar davam edir. Unikal.org
Follow @7timesaz