Azərbaycan Prezidentinin Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə münasibətilə “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli sərəncamına görə, təltif edilənlər arasında tanınmış jurnalistlər də var. Onlar fəxri ada layiq görülmələri münasibətilə təəssüratlarını bölüşüblər.
“7Times.az” həmin şəxslərin fikirlərini təqdim edir:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülən iki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yaranması və fəaliyyəti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyi münasibətilə “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli Sərəncamı əsasında 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim mənim üçün böyük şərəf, eyni zamanda, məsuliyyətdir. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə fəaliyyətimə verdiyi yüksək qiymətə və göstərdiyi etimada görə dərin təşəkkürümü bildirir və əmin edirəm ki, bundan sonra da dövlətçiliyimizin inkişafına, qalib Azərbaycanın yaratdığı reallıqların qarşıya qoyduğu möhtəşəm vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində var gücümlə çalışacağam. Cənab Prezidentin Sərəncamı ilə yüksək dövlət təltifinə layiq görülməyimlə bağlı mənə çoxsaylı təbrik edənlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Möhtərəm Prezidentimizin yüksək etimadı böyük məsuliyyət, gələcək fəaliyyət üçün çağırışdır. Bu baxımdan təltif olunanların hər birini təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar diləyirəm!
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən, deputat Hikmət Babaoğlu: Dəyərli dostlar , hər bir vətəndaş üçün öz Prezidenti tərəfindən təltif edilmək çox böyük şərəf və qürurdur . Ancaq Vətənə Xidmətin ən ali , ən cəsur , ən fədakar nümunəsini yaratmış bir Prezident ,Müzəffər Ali Baş komandan tərəfindən ,,Vətənə xidmətə görə ,, ordeni ilə təltif edilmək ayrıca bir qürur və şərəfdir .Tanrı xalqımızı və onun Müzəffər Ali Baş Komandanını qorusun!
“Əməkdaş jurnalist” fəxri adına layiq görülən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev: Tanıyıb bilən hər kəs məni İlham Əliyevin ardıcıl və prinsipial tərəfdarı bilir.Bütün həssas dönəmlərdə öz siyasi mövqeyimdən bir millimetr belə geri çəkilmədim. Və mən bundan hədsiz qürur duyuram!
Follow @7timesaz