Baş Prokuror əmrlər imzalayıb.
Baş Prokurorluqdan bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi Leyla Kərimovaya Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (Sabunçu rayon məhkəməsi üzrə) vəzifəsinin icrası həvalə edilib.
2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Leyla Kərimova əvvəllər Xocalı və Qubadlı rayon prokurorunun köməkçisi, Xocavənd rayon prokurorluğunun müstəntiqi vəzifələrində işləyib.
Baş Prokurorun digər əmrilə Bakı şəhər prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin prokuroru Ləman Səmədzadə Eldarlıya Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (Xətai rayon məhkəməsi üzrə) vəzifəsinin icrası həvalə edilib.
Follow @7timesaz