7Times.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Rusiyalı iqtisadçı Mixail Xazin Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan əl çəkməyəcəyi təqdirdə Aİ ölkələri üçün çox xoşagəlməz mənzərənin olacağını proqnozlaşdırıb.
Ekspert Baltikyanı ölkələrin, Polşanın və hətta Almaniyanın, Rusiyanın bir hissəsinin çıxması ilə Aİ-nin dağılacağını proqnozlaşdırır.
Ukraynada xüsusi əməliyyatın başlaması ilə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ilk növbədə Aİ ölkələrinin özünə zərbə vurur. Lakin onlar məhdudiyyətlərdən imtina etmirlər. Nəticədə hər şeyin – ərzaqdan tutmuş “kommunal”a qədər qiymətlər qalxır, mallar piştaxtalardan süpürülür və məmurlar avropalılara “Putinə rəğmən” istiliyə və isti suya qənaət etməyi öyrədirlər. Köhnə dünyanı su basmış və onu Yaxın Şərqdən gələn miqrantlardan daha ciddi problemlərlə təhdid edən ukraynalı qaçqınlar iqtisadi böhranın atəşinə neft əlavə edirlər.