Aktual

PUTİN HÖKUMƏTİ BUNKERƏ KÖÇÜRÜR: NÜVƏ MÜHARİBƏSİNƏ HAZIRLAŞIR, YOXSA BLEF EDİR? – Generaldan sensasiyalı açıqlamalar

PUTİN HÖKUMƏTİ BUNKERƏ KÖÇÜRÜR: NÜVƏ MÜHARİBƏSİNƏ HAZIRLAŞIR, YOXSA BLEF EDİR? – Generaldan sensasiyalı açıqlamalarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya rəhbərliyi nüvə müharibəsi olacağı təqdirdə qorunmaq üçün ölkənin şərqində tikilən yeraltı şəhər köçə bilər. Martın 17-də həyata keçirilən hökumət reysləri bunu dolayısı ilə təsdiq edir. Bunu “Obozrevatel” nəşrinə müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2005-2010-cu illərdə rəhbəri, ordu generalı Nikolay Malomuj deyib.

“Bu cür uçuşlar olubsa, o deməkdir ki, bu obyektlər praktiki istifadəyə hazırlanır”, – ordu generalı vurğulayıb.

O qeyd edib, Rusiyanın prezidenti Vladimir Putin üçün ölkənin şərqində nəhəng ölçüdə sığınacaq, bir neçə mərtəbədən ibarət bunker hazırlanması barədə xəbərlər gəlməyə başlayıb. Ya da sovet dövründə mövcud olmuş gizli strukturun bərpasından danışmaq olar.

Malomuzj bildirib ki, ruslar yeraltı qurğuların tam yoxlanışını və idarə sistemlərinin sınaqlarını həyata keçirirlər.

Onun sözlərinə görə, Rusiya Federasiyasının bu regionunda sovet dövründə ölkə və ordu üçün gizli idarəetmə mərkəzləri tikilib.

O əlavə edib ki, söhbət bütün şəhərdən bir neçə on metr dərinlikdə olan qapalı yeraltı bunkerlərdən gedir. Burada bütün kommunikasiya sistemləri, o cümlədən digər regionlarla yeraltı rabitə, muxtar elektrik təchizatı, havanın təmizlənməsi daxil olmaqla muxtar həyatı təmin edən model mövcuddur.

“Nüvə, kimyəvi, bakterioloji müharibə baş verərsə, onlar tamamilə bağlanaraq ətraf aləmdən təcrid olunur və oflayn rejimdə işləyirlər”,- deyə Malomuj izah edib.

Malomujun sözlərinə görə, orada insanlar bir ilə qədər yaşaya bilər: “Sovet İttifaqı dövründən texnologiyaların xeyli irəlilədiyini nəzərə alaraq o, belə bir bunker-şəhərdə 2-3 ay deyil, daha uzun müddət, bir ilə qədər yaşamağın mümkün olduğunu ehtimal edilir”.

Onun sözlərinə görə, Putin çətin ki, “nüvə düyməsini” bassın, lakin o, Ukraynadakı müharibənin NATO ilə qlobal münaqişənin “detonatoruna” çevrilə biləcəyini anlayır.

“Mən nüvə müharibəsinin olacağını düşünmürəm. Lakin Putinin bütün dünyanı uçurumun kənarında saxlayacağına heç bir şübhə yoxdur”, – deyə general yekunlaşdırıb.

Bundan əvvəl Sosial-İqtisadi Transformasiya İnstitutunun direktoru İlya Nesxodovski mənbələrə istinadən Putinin fiziki ləğv olunmaqdan qorxduğunu, buna görə də uzun müddətdir ki, Kremlə getmədiyini bildirib. Ukraynada müharibə başlayandan sonra o, xüsusi mühafizə olunan bunkerə köçüb.

Xatırladaq ki, martın 17-də BBC-nin Rusiya xidməti Moskvadan ölkənin şərqinə 7 hökumət təyyarə reysinin qeydə alındığını bildirib. Onların əksəriyyəti təyinat yerində sadəcə, bir neçə dəqiqə ləngiyiblər.

Başqa bir versiya isə budur ki, Putin bu yolla Qərbi şantaj etmək istəyir. Yəni belə xəbərlərin yayılması Putinin öz istəyi ilə də ola bilər. Kreml rəhbəri belə bir görüntü yaratmaq istəyir ki, o, nüvə müharibəsinə hazırlaşır.

 

 

Amma bunun da asan olmayacağı Qərbin yüksək eşelonuna bəllidir. Ekspertlərin bildirdiyinə görə, nüvə müharibəsi heç də Putinin qırmızı düyməyə basması ilə başlaya bilməz. Rusiyanın nüvə silahından istifadə etməsi üçün qərar 7 mərhələdə icra olunmalıdır. Bütün bu mərhələlərdə yer alan heyətlərin bu qərarı sabotaj etməyəcəyini də əminliklə demək olmaz.

Həmçinin NATO-nun bu ssenariyə hazır olduğu məlumdur. Xarici medianın yazdığına görə, Rusiya nüvə hücumuna qərar verərsə, ölkənin nüvə infrastrukturu, xüsusən raketlərinin atış qurğularının çevik şəkildə sıradan çıxarılması üzrə əməliyyat planı hazırdır.

Rusiyanın tanınmış musiqiçisi Andrey Makareviç də öz sosial şəbəkə hesabında bu versiyadan qorxduğunu dilə gətirib: “Elə bilirsiniz, Putin nüvə müharibəsinə başlamaz? O, qərar veribsə, başlayacaq. Amma birinci atışdan sonra dünyanın qalan hissəsi 15 dəqiqə ərzində Rusiyanı Yer üzündən siləcəklər”.