Maraqlı

Putin nə yeyib-içir? – Keçmiş arvadı onu bu məhsulla mətbəxə şirnikləndirib…

Putin nə yeyib-içir? – Keçmiş arvadı onu bu məhsulla mətbəxə şirnikləndirib…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının prezidenti Vladimir Putin hazırda dünya mediasının müzakirə etdiyi əsas siyasi fiqurdu.

Əksər xarici KİV-lər onunla bağlı hər bir xəbəri xüsusi təqdimatla tirajlayır.

Modern.az-ın məlumatına görə, bu dəfə Vladimir Putinin qida rasionuna daxil olan ərzaqlar, onun yediyi xörəklərlə bağlı araşdırma təqdim edilib: o, hər gün hansı içkini içir, niyə qırmızı kürünü yemir, prezidentin soyuducusunda hansı marka süd məhsulları üstünlük təşkil edir və s…
Putinin yeməklə bağlı paranoyası

Xarici media yazır ki, hazırda Putin üçün nə isə yemək bir imtahan və eyni zamanda ölüm riskidir. Prezidentin özünün belə hesab etdiyi vurğulanır.

Qeyd olunur ki, Putin heç bir halda fərdi prezident mətbəxində aşpazın onun üçün hazırladığı yeməyi ilk özü dadmır. Bunun səbəbi onunla izah olunur ki, o, paranoyakdır – zəhərli xörək yeməkdən qorxur.

Putinin dequstatoru var, onu xalq arasında “zəhər dequstatoru” da adlandırırlar. O, hər gün prezidentin qarşısına qoyulan yeməklərin dadına baxır. Putin isə bir neçə dəqiqə gözləyir və dequstatorda zəhərlənmə əlamətlərinin olub-olmadığını yoxlayır.

“Rusiya Prezidentinin həyatı belədir – başqalarının ardınca yemək!”,- deyə Putinin qidalanması barədə məqalədə qeyd olunur.


Gündəlik qidalanma…

Putinin səhər yeməyində sıyıq (o yulafı sevmir, lakin qarabaşaq və yulaf sıyığını rədd etmir), ballı kəsmik və meyvə olur. Prezident xəstəlikdən sonra zəifləmiş insanlara tövsiyə olunan çiy bildirçin yumurtası da içir. Putin qəhvəyə nifrət edir, o, Çin istehsalı olan yaşıl çay dəmləməsini seçir.
Bunu onunla izah edirlər ki, bəlkə də prezident sinir sistemini sakitləşdirmək üçün yaşıl çay içir.
Prezidentin nahar və şam yeməyi sistemli olmayan xörəklərdir: məsələn, tərəvəz qoyun (quzu) əti ilə və ya balıqla. Putinin nahar və şam yeməyində balansı gözlədiyi qeyd olunur.

O, bəzən maral ətinin də dadına baxır.

Xüsusi qonaqları olanda hətta spirtli içkidən də istifadə edir. Məsələn, Fransa prezidenti Emmanuel Makron 7 fevralda Moskvaya gələrkən, onların isti naharında rus mətbəxi və rus şərabları olub. Putin Makronu nərə balığı, maral əti, armudlu piroq və digər yeməklərə qonaq edib.

Menyudakı spirtli içkilər arasında 2015-ci ildə Rusiyada istehsal olunmuş “Şardone”, “Usadba Divnomorskoye” və “Rebo” şərabı olub.

Dövlət başçısı formada qalmaq üçün pəhriz rejiminə əməl etməyə çalışır, onun gündəlik qida rasionunda şirniyyatlar, eləcə də çörək məhsulları ya az olur, ya da ümumiyyətlə olmur. Yalnız dondurma istisna təşkil edir.

Süd məhsullarına qarşı sevgi…
Xarici media yazır ki, keçmiş həyat yoldaşı Lyudmila Putinanın fikrincə, prezidentin diqqətini cəlb etməyin sübut edilmiş yolu mətbəx masasında bir stəkan qatıq qoymaqdır.

Putinin soyuducusunda mütləq süd olur. Çünki prezident süd içməyi çox sevir. Rusiyanın “Prostokvaşino” brendinin qablaşdırdığı süd məhsulları Putinin masasında çox olur. Putin yerli mallara olan sevgisini ətrafından və xarici qonaqlarından gizlətmir.
Putinin delikatesləri…
Putinin delikateslərdə seçici olduğu vurğulanır. Məsələn, o, qırmızı kürüdən imtina edir, əvəzində dəniz kirpisinin kürüsü onun üçün bioloji qiymətlidir.

“Dəniz kirpisi kürüsünün böyük bioloji dəyəri varmı? Bəli, var! Mənim təcrübəm hələ də bu istiqamətdə danışır”, – deyə Putin müsahibələrinin birində deyib.