Aktual

Putin onları diri tutmaq əmri verib – Mühasirədəki “Azov” döyüşçüləri isə “ölmək daha yaxşıdır” deyir

Putin onları diri tutmaq əmri verib – Mühasirədəki “Azov” döyüşçüləri isə “ölmək daha yaxşıdır” deyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mariupoldakı “Azovstal” zavodundan mülki əhalinin təxliyəsi tam başa çatıb. Təxliyənin başa çatması ilə bağlı ilk xəbəri Ukrayna tərəfi verib. Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, “mülki əhalinin təxliyəsi üçün prezident Zelenskinin  tapşırığı yerinə yetirilib”. Onun sözlərinə görə, 300-dən çox mülki şəxs zavodun ərazisindən çıxarılıb.

Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev də mayın 7-də axşam saatlarında BMT və Qırmızı Xaç təşkilatının iştirakı ilə zavod ərazisindəki mülki əhalinin təxliyəsi üzrə əməliyyatın tam  başa çatdığını elan edib.

İndi zavodun ərazisində yalnız katakombalarda məskunlaşmış “Azov” döyüşçüləri və çox güman ki, xarici hərbi məsləhətçilər qalıb. Rusiyalı hərbi ekspertlər iddia edir ki, Ukrayna tərəfinin təxliyə ilə bağlı bəyanatı mühasirədə olan “Azov” batalyonu üçün mühüm siqnaldır. Ruslar iddia edirlər ki, bu bəyanat o anlama gəlir  ki, Kiyev daha onların xilası üçün əməliyyat keçirməyəcək.

Hərbi ekspert Vladislav Şurygin hesab edir ki, rəsmi Kiyev humanitar missiyanın başa çatması ilə bağlı bəyanatla   zavodun ərazisində qalan yaraqlılar öz taleyini həll etməli olacaqlarına açıq işarə edib. “Onlar ya təslim olacaqlar, əks halda, qüvvələrimiz onları ağır bombardmanlarla məhv edəcək. Bu, bir neçə saat və ya günün məsələsidir”,- deyə  Vladislav Şurygin  bildirib.

Qondarma “DXR”in komandiri Aleksandr Xodakovski bir gün əvvəl özünün “Teleqram” kanalında ağ bayraqlı bir qrup ukraynalı yaraqlının “Azovstal” ərazisini guya tərk etdiyini bildirmişdi.  Lakin sonradan bu məlumatı Rusiya Müdafiə Nazirliyi  təkzib edib

Şurygin hesab edir ki, NATO ölkələrinin yüksək rütbəli zabitlərinin zavodun zirzəmilərində olması ilə bağlı şayiələr çətin ki, Rusiya hərbi komandanlığını “Azovstal”ın bombalanmasından imtina edərək hücuma keçməyə sövq edə bilər. “Orada  xarici muzdlular varsa, çox güman ki, onlar sadəcə hərbi məsləhətçilərdir. İndi zavodda olanlar arasında NATO-nun böyük generallarının olması ehtimalı azdır. Onları əsir götürüb sorğu-sual etsək, bu, Qərbin üzünə şillə olacaq. Amma əsas məsələ yenə də Rusiya  hərbçilərinin həyatının qoruyub saxlamaqdır”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Rusiyanın ən son hesablamalarına görə, təxminən 2000 ukraynalı döyüşçü “Azovstal” polad zavodunun altındakı nəhəng tunellər və bunkerlər labirintindədir. Onlar dəfələrlə təslim olmaqdan imtina ediblər.

Katerina Prokopenko həyat yoldaşı, zavod daxilində “Azov” alayının qoşunlarına komandirlik edən Denis Prokopenkonun döyüşçüləri xilas etmək üçün ümidsiz müraciəti barədə məlumat verib. O, üçüncü ölkəyə getməyə hazır olacaqlarını, lakin heç vaxt Rusiyaya təslim olmayacaqlarını bildirib. “Çünki bu, süzgəc düşərgələri, həbsxanalar, işgəncələr və ölüm deməkdir”, – deyə o bildirib.

Prokopenko bidirib ki, həyat yoldaşını və onun döyüşçülərini xilas etmək üçün tədbir görülməzsə, onlar təslim olmadan sona qədər döyüşəcəklərini bildiriblər.