Aktual

“Putin öz ətrafının münaqişələrinə görə hakimiyyətini itirəcək…”  – Varis yoxdur və…

“Putin öz ətrafının münaqişələrinə görə hakimiyyətini itirəcək…”  – Varis yoxdur və…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya elitası iki şeyi dərk edib: Putinin Ukraynadakı hərbi planlarının real olmadığı ortaya çıxdı və Qərbin sanksiyaları həqiqətən də Rusiya iqtisadiyyatına zərbə vurur. Aleksey Navalnının qərargahının keçmiş rəhbəri, rusiyalı müxalif siyasətçi Leonid Volkov əmindir ki, Rusiya prezidenti etiraz aksiyaları nəticəsində deyil, ətrafındakı daxili konfliktlərin kəskinləşməsi səbəbindən hakimiyyətini itirəcək.

Moderator.az xəbər verir ki, Volkov bu barədə “Redaktionsnetzwerk Deutschland” nəşrinin bazar günü, aprelin 10-da işıq üzü görən sayına müsahibəsində danışıb.

Rusiya müxalifət lideri “Putin bir neçə böyük etiraz yürüşü ilə taxtdan salına bilər” fikrini sadəlövh adlandırıb. Onun fikrincə, ən çox ehtimal olunan ssenari Rusiya elitaları daxilində münaqişədir. “Moskvada siyasi və iqtisadi elita həmfikir deyil. Bu insanların əksəriyyəti, dəqiq bildiyimiz kimi, müharibənin əleyhinə idi. Hətta Putin işğal əmrini verəndə çoxları şoka düşmüşdü”, – deyə Volkov bildirib. Onun sözlərinə görə, bu gün elitalar arasında narahatlıq artır və bu, adi rusiyalıların narahatlığından qat-qat güclü şəkildə ifadə olunur. “Elita iki şeyi dərk edib: Putin planlaşdırıldığı kimi Ukraynada hərbi irəliləyiş əldə edə bilmir, onun planları qeyri-realdır. Eyni zamanda, iqtisadi sahədə çox real hadisə baş verir: Qərbin sanksiyaları bütün Rusiya iqtisadiyyatını aşağı sürükləyir”, – deyə Volkov bildirib. Onun fikrincə, bu iki amil Putinə təzyiqləri artırır və son nəticədə ona prezidentlik kreslosu bahasına başa gələcək.

“Qərb elitalar arasında daxili qarşıdurmaların qızışmasına kömək etmək üçün nə edə bilər” sualına cavabında müxalifətçi deyib ki, Qərb siyasətçiləri Rusiya liderləri, o cümlədən Putinin ətrafındakı dar dairələrlə münasibətdə daha cəsarətli olmalıdırlar: “Məsələn, niyə Entoni Blinken öz həmkarı Sergey Lavrova yaxınlaşaraq deməsin: “Əgər indi Putindən imtina etsən və onun cinayətlərini açıq şəkildə pisləsən, sənin toxunulmazlıq və təhlükəsizliyini təmin edəcəyik?!“, – deyə Volkov təklif edib.Onun fikrincə, belə addımlar Moskvada parçalanmanı sürətləndirə bilər.

Varislər yoxdur və ola da bilməz

Volkov hesab edir ki, Putinin varisi yoxdur və ola da bilməz. “Son illərdə başını qaldırıb onun varisi olmaq niyyətini bəyan edən hər kəsi Putin dərhal aradan götürür. Unutmamalıyıq: bu adam diktatordur, o, total hakimiyyət istəyir”, – deyə müxalif siyasətçi bildirib.

Eyni zamanda, Volkov hesab edir ki, Putin rejiminin çökməsi ilə əlaqədar Rusiyada baş verə biləcək sarsıntılar təkcə risklər deyil, həm də fürsətlər daşıyır. Onun fikrincə, Putinin müharibəsi Rusiyaya çox böyük ziyan vurub, ölkənin beynəlxalq reputasiyasını tamamilə məhv edib və kədərli beyin axınına gətirib çıxarıb. “Bu kriminal müharibə nəticəsində Putinin hakimiyyətdən uzaqlaşdırılması bütün bunların altından aydın xətt çəkməyə imkan verərdi. İdeal olaraqRusiya tam sıfırlama kimi bir şey edə bilərdiRusiyanı tamamilə normal bir Avropa ölkəsi kimi təsəvvür edinBunəhəng tarixi dönüş olardı”, – deyə Volkov qeyd edib.