Aktual

Putin: “Rusiya təcrid olunmağa hazırlaşmır və onu təcrid etmək mümkün deyil”

Putin: “Rusiya təcrid olunmağa hazırlaşmır və onu təcrid etmək mümkün deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin əməkdaşlıq niyyətində olan bütün tərəfdaşlarla əməkdaşlıq etməyə hazır olduqlarını və ölkənin qapanmağa hazırlaşmadığını bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, “Vostoçnıy” kosmodromunda kosmos sənayesi işçiləri ilə söhbət edərkən deyib:

“Biz təcrid olmağa hazırlaşmırıq. Müasir dünyada heç kimi sərt təcrid etmək mümkün deyil, Rusiya kimi böyük ölkəni təcrid etmək isə qətiyyən mümkün deyil. Bu səbəbdən, əməkdaşlıq etmək istəyən tərəfdaşlarımızla işləyəcəyik”.