Aktual

Putin Rusiya üçün alternativ “Vikipediya”  yaratmağa çalışır…

Putin Rusiya üçün alternativ “Vikipediya”  yaratmağa çalışır…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putin dünyaca məşhur internet ensiklopediyası – “Wikipedia”ya Rusiya təbliğatına uyğun alternativ yaratmaq təşəbbüsünü yüksək qiymətləndirib.
Moderator.az xəbər verir ki, Ukrayna mediası bu haqda Putinin Rusiyanın “Bilik” cəmiyyətinin rəhbəri Maksim Dreval ilə görüşünün stenoqramına istinadla məlumat yayıb.
“Əlbəttə, obyektiv, vacib, dərin məlumat və hətta gözəl, istedadlı təqdimat çox tələb olunur, çünki yalnız Vikipediyadan istifadə etmək olmaz. Bu məlumatın keyfiyyətini özümüz bilirik.
Peşəkar, fikrinə etibar edilə bilən istedadlı insanlar meydana çıxanda, bu, əlbəttə ki, çox dəyərlidir. Bu, ensiklopediya kimidir, ancaq canlı olmalıdır”.
 “Dreval Putinə bildirib ki, “Bilik” cəmiyyətinin üzvləri Rusiya Federasiyasının hər yerindən məktəblilər, müəllimlər və məmurlarla birlikdə “alternativ” Rus Vikipediyasının yaradılması üçün əsas olacaq bir növ məlumat bazası toplayırlar. Rusiya dövlətinin “canlı ensiklopediyası”nın necə görünəcəyi hələlik məlum deyil…
Cəmiyyətin rəhbəri inadla Putindən xahiş edib ki, mayın 17-19-da məktəblilər üçün tarixdən növbəti mühazirə keçirsin. Çünki bildiyiniz kimi, Rusiya prezidenti tarixdən mühazirə oxumağı, Rusiya Federasiyasının gələcəyi ilə bağlı məsələlərin həllindən danışmağı xoşlayır” – xəbərdə belə deyilir.