Aktual

Putin söz verdi: ona necə inanaq? – Kuleba

Putin söz verdi: ona necə inanaq? – Kulebabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya Prezidenti Vladimir Putinin gəmi üçün zəmanət barədə sözlərinə etibar edə bilməz. O, Ukraynaya hücum etməyəcəyinə də zəmanət vermişdi.

Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Putin deyir ki, Odessaya hücum etmək üçün ticarət yollarından istifadə etməyəcək. Bu, ölkəmizə genişmiqyaslı işğalın başlamasına günlər qalmış Almaniya kansleri Şolts və Fransa Prezidenti Makrona Ukraynaya hücum etməyəcəyini deyən Putindir. Biz Putinə etibar edə bilmərik, onun sözləri boş sözlərdir”, – o bildirib.