Aktual

Putinin bu qərarı Azərbaycanda bahalaşmaya səbəb ola bilər

Putinin bu qərarı Azərbaycanda bahalaşmaya səbəb ola bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində ölkənin təhlükəsizliyini təmin etmək üçün xüsusi iqtisadi tədbirlərin görülməsi haqqında fərman imzalayıb. Fərmanda hökumətin 2 gün ərzində tərtib edəcəyi məhsulların dekabrın 31-ə qədər Rusiya xaricinə çıxarılmasının qadağan olunması əksini tapıb”.

7Times.az  xəbər verir ki,bunu iqtisadi ekspert Qubad İbadoğlu özünün facebook sosial şəbəkəsindəki hesabında paylaşıb. Ekspert bildirib ki, Rusiya Azərbaycanın idxalda 1-ci tərəfdaşdır, ötən ilə bu ölkədən Azərbaycana 2,1 milyard dollarlıq məhsul gətirilib. Onlar arasında isə əsəasən taxıl üstünlük təşkil edir: “Belə ki, 2019-cu ilin statisikasına görə, Azərbaycanın taxıl idxalının 82 faizi, günəbaxanın 100 faizi, kartofun 64.5 faizi, hazır şəkərin 99 faizi, düyünün 21.5 faizi, ətin 8.2 faizi, süd məhsullarının 9,8 faizi, mineral gübrələrin 86.7 faizi, yem xammalının 36.5 faizi Rusiyanın payına düşür”. Qubad İbadoğlu bildirib ki, uzun illərdir ki, Dünya Ticarət Təşkilatına üzvükdən imtina edən Azərbaycan öz bazarını rus malları ilə doldurur, eyni zamanda qeyri-neft məhsulları arasında kənd təsərrüfatı mallarını da əsasən Rusiya bazarına göndərir: “Belə ki, 2019-cu ildə pomidorun 99,6 faizi, fındığın 46.6 faizi, digər meyvə və tərəvəzlər. faraş kartofun 92,6 faizi Rusiyaya ixrac olunub. İxrac və idxalda şaxələndirmə siyasəti barədə dəfələrlə məsələ qaldırsaq da hökümət “bu siyasi məsələdir” deyə ortalığa arqumentlər qoyurdu. İndi isə məhz həmin siyasi səbəblərdən Azərbaycan istehlakçıları da çətinliklərə dücar olur. Putinin fərmanı Azərbaycana yeni bazarlar axtarışına məcbur edəcək və daha baha qimətlə məhsul idxalına gətirib çxıaracaq ki, bu da onsuz da yüksək olan qiymətləri daha da bahalaşdıracaq”.