Aktual

Putinin tualetə nəcislərini toplayan xüsusi agentlə getdiyi də bəlli oldu…-VİDEO

Putinin tualetə nəcislərini toplayan xüsusi agentlə getdiyi də bəlli oldu…-VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya prezidenti Vladimir Putinin müxtəlif fobiyalardan əziyyət çəkdiyi çoxdan məlumdur. Ancaq Qərbə səyahət edərkən hər şeydən o qədər qorxmaq ki, nəcislərinin toplanması üçün özü ilə xüsusi bir adam aparmaq – bunu təsəvvür etmək belə, çətin idi…”

Moderator.az xəbər verir ki, Ukrayna mediasının yaydığı materialda belə deyilir.

“Ancaq indi şəbəkələrdə peyda olan bir videoda 9 dekabr 2019-cu ildə Parisdə Normandiya dördlüyünün sammiti zamanı Rusiya prezidentinin tualetdən əlində qara çemodan tutan bir adamla çıxdığı bəlli olur. Bu xüsusi agentin rolunu fransalı jurnalist Rejis Jante və Rusiyanın “Proyekt” layihəsinin təhqiqatçıları aşkara çıxarıblar. Onlar araşdırmalarının nəticəsini Fransanın “Paris Match” jurnalında dərc ediblər.

“Vladimir Putini xaricdə müşayiət edən qrup arasında onun nəcislərini toplayıb Moskvaya daşımağa cavabdeh olan şəxs var. Bu qədər… Bu, onun nəcis və sidiyində dünyanın gələcəyi üçün həyati əhəmiyyət kəsb edən məlumatların ola biləcəyini göstərə bilən nəzərdən qaçırılmış “açar”dır. Ola bilsin ki, həmin nəcislərdə Putinin müalicə olunduğu, lakin onun xəstəliklərini gizlədən dərmanların qalıqları var”, – fransız nəşri belə yazır.

Məqalədə deyilir ki, bu “zərif” missiya Rusiya rəsmilərinin təhlükəsizliyinə cavabdeh olan Federal Təhlükəsizlik Xidmətinin nəzarəti altında həyata keçirilir. Agent iz buraxmamaq üçün bunun üçün nəzərdə tutulmuş ciblərə Putinin nəcisini qoymalı və hər şeyi xüsusi çamadanda ölkəyə daşımalıdır.

Rusiya səfirliyinin əməkdaşlarını bu məlumatı yaymamağa məcbur etmək üçün mütləq məxfilik və güclü təzyiq mövcuddur. Bu təcrübə artıq Putinin Fransaya səfəri zamanı, 2017-ci il mayın 29-da – Emmanuel Makron rusiyalı həmkarını Versalda qəbul etdiyi gün baş tutub.

Və Parisdəki Normandiya Dördlüyü sammitindən olan videoda isə əlində portfel olan eynəkli bir adam var, ehtimal ki, “çamadanlı FSO zabiti”dir.

Qeyd: Aydınlıq üçün xəbərə aid İki video təqdim olunur…