Ölkə

Qalmaqallı müavinin yerinə TƏYİNAT

Qalmaqallı müavinin yerinə TƏYİNATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.

7Times.az  xəbər verir ki, bu barədə icra başçısı qərar imzalayıb.

Bildirilir ki, Əliyeva Ülviyə Qalib qızı icra başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, əvvəl bu vəzifəni Rasilə Əliyeva tutub. Ötən il mətbuata onun yeniyetmə qızı döyməsi barədə xəbərlər yayılıb. Rasilə Əliyevanın özü iddiaları rədd edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Rasilə Arifqızı 4 min manat məbləğində cərimə olunub. Məhkəmə hökm qəbul edərkən tərəflər arasında barışıq əldə olunduğunu, heç bir şikayət və tələbin olmadığını yumşaldıcı hal kimi qeydə alıb. İttiham olunan sabiq icra başçısı müavini son sözündə məsələnin bu qədər böyüməsindən peşman olduğunu deyib.

 

R.Əliyeva tutduğu vəzifədən azad edilib.