Cəmiyyət

Qanunsuz balıq ovlayanlar YAXALANDI

Qanunsuz balıq ovlayanlar YAXALANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sərhəd Xidmətinin və Dövlət Neft Şirkəti birgə məlumat yayıb.

7times.az xəbər verir ki, birgə məlumatda deyilir:

Son günlər müxtəlif üzmə vasitələrindən istifadə olunmaqla “Neft Daşları”nda qanunsuz balıq ovlanması hallarının artması müşahidə edil­mək­dədir. Ha­zır­da ov mövsümü olmadığına baxmayaraq, qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin “Neft Daşları”nın ətrafına, hətta estakadaların altına tor ataraq mühafizə olunan mədən ərazilərində istehsalat proses­lərinə mane­çilik törətmələri müəyyən olunmuşdur.

Qanunsuz balıq ovu üçün istifadə edilən torlar istehsalat prosesi zamanı müxtəlif avadanlıqların, ehtiyat hissələrinin, həmçinin “Neft Daşları”nda işləyən əməkdaşları daşıyan gəmilərin, qayıqların hərəkətinə mane olmaqla yanaşı, su nəqliyyat vasitələrinin estakadaya çırpılmasına, nəticədə ağır qəza hallarının baş verməsinə səbəb ola bilər.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ərazinin xüsusi rejimli obyektə aid olduğu, kənar şəxslərin mühafizə zona­sına girişinin qadağan edildiyi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara qanunsuz balıq ovu ilə məşğul şəxslər məhəl qoymamış, qanunsuz əməl­lərini davam etdirmişlər.

İyun ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizinin mərkəzi istiqamətində dövlət sərhədinin və neft-qaz hasilatı infrastruk­turunun mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərə­fin­dən “Dövlət Sərhəd Xidməti və Dövlət Neft Şirkəti arasında qarşılıqlı fəa­liy­yət Planı”na uyğun olaraq “Neft Daşları”nda dəniz estakadalarının ətrafında dənizə atılmış uzunluğu təxminən 1 km balıqçı toru toplanılmış və ərazidən kənarlaşdırılmışdır.