Cəmiyyət

Qanunsuz ov edən ərəblər SAXLANILDI

Qanunsuz ov edən ərəblər SAXLANILDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Biləsuvar rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov 7times.az-a açıqlamasında bildirib ki, təqsirkarların 99-UL-996 dövlət nömrə nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən ovlanmış 4 çobanaldadan quşu aşkar edilərək götürülüb.

Araşdırma zamanı qanunsuz ov edənlərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Rashed Ghareeb Rashed Darwish Almansoori, İbrahim Ghareeb Rashed Darwish Almansoori, Mohamed Rashed Ghareeb Rashed Almansoori olduğu müəyyən edilib və hər biri 2000 manat məbləğində cərimə olunub.

Xidmət rəsmisi xarici ölkə vətəndaşları barəsində qanunamüvafiq tədbir görülməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məktub hazırlandığını bildirib.