“Ərəblərə pulla satılan göyərçinlər əkin sahələrinin kənarlarında olan çöl göyərçinləri deyil”.
7times.az xəbər verir ki, bunu İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, ərəblər ovla yox, quş təlimi ilə məşğul idilər:
“Şahinlərinə ov etdirmələri, heyvanlara qarşı acımasız rəftarın günahları öz boyunlarına qalsın. Texniki və fiziki cəhətdən bizim üzərimizə nə düşmüşdüsə onu da etmişik. Kaş bizi qınayanlar orada olardı. Sonradan qoyulan videolar həqiqətən yasaqlıq ərazisində çəkilib? Orada 30-40 təsərrüfat sahələri var. Biz dəstək gözləyirdik, ancaq çox adam fərqli fikirlərdən çıxış edirdilər”.
Azərçin Muradov mətbuatda onlar barədə səsləndirilən ittihamların əsassız olduğunu bildirib: “Bizə qarşı mənfi fikirlər səsləndirilən insanlar səmimi deyil”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov ərəblər barədə İnzibati xətalər məcəlləsi barədə cərimə təyin olunub: “Ən yüksək məbləğdə cərimələr tətbiq edilib. 4 056 manat cərimə təyin edilib və tam ödənilib”.
O, cərimələnən ərəblərin adlarını da açıqlayıb:
“Rubelin Muhammed barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə, 1 baş boz durnanı qanunsuz ovlayan Rəşed İcaber və özünə məxsus şahin quşu ilə 4 baş bildirçini ovlayan Abdulmacid Çemçi barəsində 272.3 maddəsi ilə protokol tərtib edilib”. unikal.org
Follow @7timesaz