UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda “Qarabağ” bu gün səfərdə Norveçin “Budyo Qlimt” klubu ilə qarşılaşacaq.
7Times.az xəbər verir ki, Bodo şəhərindəki “Aspmira” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Matçın baş hakimi portuqaliyalı Luiş Qodinyu olacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi
IV tur
7 noyabr
21:45. “Budyo Qlimt” (Norveç) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Luiş Qodinyu (Portuqaliya).
Bodo, “Aspmira” stadionu.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk 3 turunda “Tottenhem”ə (İngiltərə) 0:3, “Malmö”yə (İsveç) 1:2, “Ayaks”a (Niderland) 0:3 hesabı ilə məğlub olub.
Follow @7timesaz