Aktual

Qarabağda tarix yazan Bayraktar TB2 PUA-sının qiyməti məlum oldu

Qarabağda tarix yazan Bayraktar TB2 PUA-sının qiyməti məlum oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə istehsalı Bayraktar TB2 PUA-larının qiyməti məlum olub.

7Times.az  xəbər verir ki, PUA-nın qiyməti 5 milyon avro civarındadır. Belə ki, ötən gün Litva hökuməti Bayraktar TB2 almaq üçün Türkiyə ilə müqavilə imzaladıqlarını açıqlayıb. PUA-nın alınması üçün ödəniləcək məbləğin kampaniya ilə toplandığı bildirilib. Kampaniyanın təşkilatçıları 5 milyon avroya ehtiyac olduğunu açıqlamışdı. Türkiyə mənbələri yazır ki, bu standart qiymət deyil. PUA-nın qiyməti müqavilənin şərtlərinə görə dəyişə bilər.

 

Qeyd edək ki, “Baykar” şirkətinin texniki direktoru Litva xalqının topladığı puldan imtina edərək onlara jest edib. O, PUA-nın Litvaya pulsuz veriləcəyini açıqlayıb. Toplanan pul isə Ukraynada humanitar məqsədlər üçün istifadə ediləcək. (metbuat.az)