Cəmiyyət

Qarlı hava: 22 nəfər yıxılaraq xəsarət aldı

Qarlı hava: 22 nəfər yıxılaraq xəsarət aldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından 7times.az-a bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

***

Bu gün saat 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Qeyd olunub ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

***

Bu gün saat 13:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 22 nəfər (10 kişi, 12 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

Yaralılardan ikisinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.