Ölkə

Qarlı hava Xaçmazda 17 kəndi işıqsız qoydu

Qarlı hava Xaçmazda 17 kəndi işıqsız qoydubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 11-dən başlayaraq  şimal bölgəsinə yenidən qar yağmağa başlayıb.Hazırda Qusarda 14, Qubada 12,Qubanın Qrız kəndində 11 sm qar var.Hazırda  qarın  yağması davam edir.

7times.az xəbər verir ki, bu gecə qarla yanaşı şaxtalı hava da müşahidə edilib.

Quba ərazi hidrometerolgiya müəssisəsinin məlumatına görə, bu gün səhər Qubanın Qrız kəndində 13,6 dərəcə şaxta qeydə alınıb.

Qar və şaxtalı hava  Xaçmazda elekrtrik enerjisinin verilişində problemlər yaradıb.

Xaçmaz İcra Hakimiyyəti başçısının müavini, rayon FHK sədri Bəxtiyar Osmanov bildirib ki,hazırda qar səbəbindən 17 kənddə-təxminən 2200 abonentin evində işıq yoxdur. “Azərişıq”ASC-nin qəza briqadası təbii hadisənin fəsadlarının aradan qaldırılması ilə məşğuldur, yaxın saatlarda enerji verilişi tam bərpa olunacaq. modern.az