Maraqlı

Qarpızın bilmədiyiniz 6 FAYDASI

Qarpızın bilmədiyiniz 6 FAYDASIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hamı bilir ki, qarpız çox faydalıdır. Lakin qarpızın bəzi faydalı xüsusiyyətləri bir çoxumuza məlum deyil.

Saglamolun.az oxucularına qarpızın az bilinən faydalarını təqdim edir.

1. Qarpızın ağ qabıqlarının tərkibində “sitrullin” adlı maddə var. Araşdırmalar göstərib ki, bu maddə təzyiqin normallaşmasına kömək edir, qan dövranını yaxşılaşdırır, miokardın və beyinin qanla təchiz olunmasını artırır, ürək xəstəliklərinin riskini azaldır.

2. Qarpızın ağ qabıqlarında olan faydalı maddələr həmçinin kişilərdə cinsi zəifliyi və impotensiya zamanı kömək edir.

3. Qarpız və qarpız şirəsi əzələ ağrılarını azaldır, oynaq xəstəlikləri (artrit və s.) zamanı faydalıdır.

4. Qarpızın tərkibində olan likopin güclü xərçəngəleyhinə təsirə malikdir.

5. Göz təzyiqini aşağı salır.

6. Qarpız beta-karotin maddəsi ilə zəngindir. Beta-karotin immun sistemi və xüsusilə də yerli immunitet üçün (selikli qişlar) çox vacibdir. Məhz yerli immunitet orqanizmi virus və mikrobların daxil olmasından qoruyur.