Cəmiyyət

Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ

Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Smart tipli qaz sayğaclarının mexaniki sayğaclara dəyişdirilməsi zamanı qaz sərfiyyatının çox olması ilə bağlı ictimaiyyətdə, mətbuatda məlumatlar yayılıb. Biz belə qərara gəldik ki, bütün müraciət edən abonentlərin qaz sayğacları araşdırılsın. Bütün yazılı şəkildə müraciət edən abonentlərin sayğacları araşdırılacaq”.

7times.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev feysbuk sosial şəbəkəsi üzərindən canlı yayım zamanı bildirib.

R. Əliyev həmçinin bildirib ki, əvvəldən ödənişli – smart sayğaclar ləğv olunmayıb: “Daha müasir smart sayğacların alışını həyata keçiririk. Hazırda Almaniya istehsalı olan 200 ədəd sayğac Bakı Şəhərində quraşdırılıb. İlkin mərhələdə 30 min ədəd belə sayğac bizə təhvil verilib. Abonentlər müraciət edərsə, 10 iş günü müddətinə əvvəldən ödənişli sayğacla əvəzləyə bilərik”.