Manşet

Qazaxın 7 kəndi niyə gündəmdədir? – Akopyan sirri açdı

Qazaxın 7 kəndi niyə gündəmdədir? – Akopyan sirri açdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan Qazaxın 7 kəndi və Kərkinin qaytarılması məsələsinin 10 noyabr razılaşmasından sonda çıxarıldığını deyir

7times.az erməni mediasına istinadən Akopyanın fikirlərini təqdim edir:

– Yeni bir sirr açacam. Üçtərəfli sənədin ilkin versiyasına Tavuşun kəndləri (Qazaxın 7 kəndi) və Tiqranaşen (Kərki) kəndi də daxil edilmişdi, lakin sonradan bunlar çıxarıldı;

– Çünki o dövrdə itkilərimiz çox idi və bu məsələlər də sənədə əlavə edilsəydi, ölkənin hərbi-siyasi rəhbərliyi bunun altından çıxa bilməyəcəkdi;

– Bu baxımdan, proses mərhələlərə bölündü və bu gün yenidən gündəmə gətirilib;

Şuşaya “İsgəndər” atdıqları etirafını da Akopyan etmişdi, sonradan bu təsdiqini tapdı. İndi Qazaxın kəndləri və Kərki ilə bağlı sirləri açır./Konkret.az