11 ildir Xüsusi Təyyinatlı Qüvvələrdə çalışan, general Hikmət Mirzəyevin döyüşçüsü olan gizir, snayper Hüseyn Mustafayev müharibənin ikinci günü Murovdağ istiqamətində gedən döyüşlərdə kəllə-beyin travması alır. Buna baxmayaraq döyüşə davam edir.
Qazinin anası Yeganə Mustafayeva bildirib ki, oğlu ikinci dəfə Füzuli uğrunda gedən döyüşlərdə ayağından qəlpə yarası alıb. O, üç-dörd gün müalicə olunduqdan sonra yenidən döyüşlərə qayıdıb.
“Oktyabrın 27-si bizə xəbər gəldi ki, Hüseyn Qırmızı bazar adlanan ərazidə ağır yaralanıb” – deyə, o qeyd edib.
Üçüncü dəfə ayaq nahiyyəsindən ağır yaralanan Hüseynin arteliyalar damarı zədələnir və bundan sonra ordudan təxris olunaraq Biləsuvar rayon xəstəxanasına gətirilir.//oxu.az
Daha ətraflı Baku TV-nin süjetində: