Ölkə

“Qazprombank”: “Azərbaycan beynəlxalq valyuta ehtiyatlarının kifayətliliyinə görə MDB-də liderdir”

“Qazprombank”: “Azərbaycan beynəlxalq valyuta ehtiyatlarının kifayətliliyinə görə MDB-də liderdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xarici risklərə baxmayaraq, Azərbaycan beynəlxalq valyuta ehtiyatlarının kifayət qədər olmasına görə hələ də MDB məkanında liderdir”.

“Report” xəbər verir ki, bunu Rusiyanın “Qazprombank”ının Təhlil şöbəsinin müdir müavini, Bankın MDB ölkələri üzrə baş iqtisadçısı Gülnarə Xaydarşina deyib.

Onun sözlərinə görə, oktyabrın 1-nə Azərbaycanın qızıl-valyuta ehtiyatları 56 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Bu da demək olar ki, ölkənin ÜDM-in  illik dəyəri qədərdir (ötənilki 5,6%-lik artım nəzərə alınmaqla) və 50 aylıq idxalı maliyyələşdirməyə kifayət edir.

“Xarici şoklara və fiskal stimullara baxmayaraq, Dövlət Neft Fondunun (ARDNF) aktivləri artmaqdadır. Stimullaşdırıcı vergi-büdcə siyasətinə baxmayaraq, yüksək karbohidrogen qiymətləri səbəbindən bu ilin I yarısında Fondun aktivləri 0,6 %, illik müqayisədə isə isə 4,9% artıb”, – deyə G. Xaydarşina qeyd edib.

Ekspert hesab edir ki, karbohidrogen qiymətlərinin əlverişli konyunkturu, yüksək xarici tələb Azərbaycan iqtisadiyyatını dəstəkləyən amillərdir: “Karbohidrogenlərə qlobal tələbin bərpası, habelə geosiyasi risklərin artması fonunda OPEC+ sazişinə əməl olunması sayəsində “Brent” markalı neftin bir barelinin orta qiyməti ilin əvvəlindən bəri 100 dollardan yuxarı olaraq qalmaqdadır. Bundan əlavə, neftin hazırkı qiyməti pandemiyadan əvvəlki səviyyədən 1,4 dəfə yüksəkdir (2019-cu ildə “Brent” markalı neftin orta qiyməti 64,2 dollar/barel olub). Azərbaycan 2022-ci ildə Avropaya təbii qaz ixracını 40% artırmağı planlaşdırır ki, bu da qazın yüksək qiymətləri fonunda ölkəyə daha çox ixrac gəlirlərinin daxil olmasına kömək edəcək”.