Bu il qış çox sərt keçir.
Qarlı-şaxtalı hava şəraiti əsasən də dağlıq rayonlarda qışın qayğılarını daha da artırıb.
Şimal-qərb bölgəsində hələ də mavi yanacaq üzünə həsrət qalan kəndlər var. Şəkinin Aşağı Layısqı kəndi kimi.
“Dəmir yolunun yanında bağım var. Oradan ağac kəsib araba ilə evə gətirirəm”, – deyə kənd sakini qeyd edib.
Min nəfərə yaxın sakini olan Oğuzun Xalxal kəndində də əhali illərdir eyni problemlə üz-üzə qalıb.
Sakinlər deyir ki, həyətlərindəki ağacları kəsmək məcburiyyətində qalırlar.
“10-cu sinifdə oxuyuram, məktəbə səhər gedib, günorta qayıdıram. Dərslərimi oxumaq yerinə gəlib həyətdə odun daşıyıram. İndiyə kimi üç maşın odun gətirmişik. 800-1000 manat xərcimiz çıxıb”, – kənd sakini Mikayıl Şəmiyev deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Follow @7timesaz