Bu gün axşama doğru Şimal-Qərb bölgəsinin rayonlarına yağış yağıb, Qəbələdə isə güclü leysan və dolu müşahidə olunub.
Bizim.Media-nın yerli bürosu rayon sakinlərinə istinadən bildirir ki, 15 dəqiqə ərzində əvvəlcə leysan yağıb, sonradan doluya çevrilib.
Dolu əsasən yenicə çiçək açan meyvə ağaclarının tumurcuqlarına zərər vurub. Rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda mütəxəssislər təsərrüfatlara dəyən ziyanla bağlı yerli qurumlarla əlaqə saxlayır, zərərin miqyası ölçülür.
Follow @7timesaz