Qərbi Azərbaycan İcması Roma papasını Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır
Roma papası Fransis 2023-cü il oktyabrın 15-də verdiyi bəyanatında Azərbaycanın Qarabağ bölgəsindəki xristian dini abidələrinin qorunmasına dair çağırış etmişdir.
Bununla əlaqədar olaraq, xatırlatmaq lazımdır ki, Azərbaycan dövləti Qarabağ bölgəsinin Ermənistanın işğalından azad edilməsindən sonra orada olan bütün ibadət yerlərini və digər abidələri dini mənsubiyyətindən asılı olmayaraq etibarlı mühafizə altına almış və Ermənistan tərəfindən dağıdılmış olanların təmirinə başlamışdır.
Bu mənada Roma papasının Qarabağda hazırda heç bir təhlükə olmayan xristian dini abidələri ilə bağlı çağırış etməsi üçün heç bir əsas yoxdur. Əksinə Roma papasının Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində 65 məscidi, eləcə də Ermənistan ərazisində 200-dən artıq məscidi və çoxsaylı digər mədəni və dini abidələri dağıtmasına münasibət bildirməsinə böyük ehtiyac vardır.
Bu müstəvidə, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistan ərazisindəki Azərbaycan dini ibadət yerlərini və yaxınlarının qəbirlərini ziyarət etməsinə yardım etmək xahişi ilə Roma papasına 2023-cü il iyunun 12-də etdiyi və cavabsız qalmış müraciəti bir daha yada salır.
“7Times.az” xəbər verir ki,Qərbi Azərbaycan İcması dinlərarası dialoqun müdafiəçisi kimi Roma papasına bir daha müraciət edərək, onu Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır.
EN
The Western Azerbaijan Community calls upon the Pope of Rome to exert pressure on Armenia so that it restores the Azerbaijani cultural and religious heritage it has destroyed
In his statement on October 15, 2003, Pope Francis called for the protection of Christian religious sites in the Karabakh region of Azerbaijan.
In this regard, it should be reminded that after the liberation of the Karabakh region from the occupation of Armenia, Azerbaijan ensured proper protection of all places of worship and other monuments, regardless of their religious affiliation, and started repairing those destroyed by Armenia.
In this sense, there is no ground for the Pope to make a call regarding the Christian religious monuments in Karabakh, which are in no danger. On the contrary, there is a great need for the Pope to voice his opinion on the destruction of 65 mosques in the territories of Azerbaijan once-occupied by Armenia, as well as more than 200 mosques in the territory of Armenia, and numerous other cultural and religious monuments belonging to Azerbaijanis.
In this regard, the Western Azerbaijan Community recalls its appeal to the Pope of Rome on June 12, 2023, which has remained unanswered, with a request to facilitate the Azerbaijanis expelled from Armenia to visit the Azerbaijani religious places of worship and the graves of their relatives in the territory of Armenia.
The Western Azerbaijan Community once again appeals to the Pope as the defender of interfaith dialogue, calling upon him to put pressure on Armenia so that it restores the Azerbaijani cultural and religious heritage it has destroyed.
7Times.az
Aytən
Follow @7timesaz