Dünya

“Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar” – Sadır Japarov

“Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar” – Sadır Japarovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan və Azərbaycan ikitərəfli münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyur.

Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.

“Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Ortaq dəyərlərimiz hər iki xalqın zəngin mədəni irsində öz əksini tapır. Böyük Nizami Gəncəvinin müdrikcəsinə dediyi kimi, qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir. Xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm ki, Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar”, – deyə Sadır Japarov bildirib.

O, həmçinin əlavə edib ki, Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri ölkələr arasında münasibətlərin xüsusi xarakter daşıdığını bir daha təsdiqləyir:

“Ölkələrimiz dostluq və qarşılıqlı etimadın möhkəm təməli üzərində qurulan ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələyə qədəm qoyur. Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək heç bir həll olunmamış məsələ yoxdur. Əksinə, tərəflər arasında tam etimad və açıqlıq mühiti formalaşıb ki, bu da bizə inamla irəliləməyə imkan verir. Məhz belə bir şəraitdə mühüm təşəbbüslər irəli sürülür və ikitərəfli əməkdaşlığın gələcəyini müəyyən edən qərarlar qəbul olunur”.

Japarov əlavə edib ki, Qırğızıstan-Azərbaycan əməkdaşlığı nəqliyyat, iqtisadiyyat, investisiyalar, təhlükəsizlik, təhsil və digər istiqamətlərdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malikdir: “Ümid edirik ki, bugünkü danışıqlar qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq ruhunda keçəcək”.