Son zamanlar Azərbaycanda qızılcaya yolxuma və ölüm hallarında artım müşahidə edilir. Qızılcaya yoluxma xüsusilə uşaqlar və məktəblilər arasında daha çox olduğu bildirilir. Bəzi xəstələrin koronavirus pandemiyası zamanı yaradılan modul tipli xəstəxanalara yerləşdirildiyi qeyd olunur.
Məsələ ilə bağlı Modern.az TƏBİB-ə sorğu göndərib.
TƏBİB-dən saytımıza verilən açıqlamada bildirilib ki, qızılca xəstələrinin təcili və təxirəsalınmaz tibbi yardım şöbələrində çeşidlənməsi, müalicəsi, ağırlaşmaların idarə olunması, köçürülmələri və çarpayı fondunun idarə olunması, əlaqədar şöbələrin tibbi avadanlıqlarla, sərfiyyatla təmin edilməsi həyata keçirilir:
“Yoluxucu xəstəliklərlə mübarizə xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılması, xəstəliklərin aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə payız-qış mövsümündə Azərbaycan Respublikası ərazisində qızılca xəstəliyinə qarşı profilaktik tədbirlərin tərkib hissəsi olaraq TƏBİB-in tabeli tibb müəssisələri daxilində sanitariya-gigiyena tədbirlərinin və qızılcaya qarşı epidemioloji nəzarətin gücləndirilməsinin həyata keçirilməsi təcili və təxirəsalınmaz tibbi yardım və yoluxucu xəstəliklər şöbələri üstünlük verilməklə təmin edilir.
Bakı, Sumqayıt və regionlarda qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin (böyüklərin) stasionar müalicəsi məqsədilə Sabunçu Tibb Mərkəzinin strukturunda olan “Məhəmmədi müvəqqəti modul tipli xəstəxana kompleksi”ndə 270 çarpayıdan ibarət şöbə təşkil edilib”.
Məlumatda o da qeyd olunur ki, eyni zamanda rayon mərkəzi xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrində qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin müalicəsi aparılır:
“Həmçinin N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında (uşaqların) da qızılca xəstəliyinə yoluxan müalicəsi aparılır”.
Follow @7timesaz