Bəzən geyimlərimiz, saçlarımız, makiyajımız ürəyimizcə olmur. Bu da normal bir haldır. Amma bunu 24 saat düşünmk, özünü tənqid edib, narazı olmaq psixoloji problem yaradır.
Axşam.az xarici KİV-ə istinadən xanımlarda özünəgüvən yaradan beş tərzi təqdim edir:
Dar paltar
Bu, sizin bədən quruluşunuzun bütün gözəlliklərini göstərir. Əgər bir az artıq çəkilisinizsə, çalışın boş düz paltar seçəsiniz.
Rəngarəng geyimlər
Rəngli geyimlər sizi diqqət mərkəzində saxlayacaq. Bu cür paltar geyinənlər baxışları üzərlərinə toplamağı xoşlayanlardır. Moda aləmində iki cür geyinənlər var: ancaq qara paltar seçənlə və rəngli geyinib, pozitiv ab-hava yaradanlar.
Qəribə dizaynda paltarlar
Başına şal bağlamaq, enli şalvar geyinib, uzun köynəklə onu taamlamaq dəbin bir növüdür. Və ya dəbli idman ayaqqabısı, şlyapa, kostyum… qarderobunuzda bu cür geyimin olması heç də pis olmazdı.
Qısa geyimlər
Gözəl ayaqları nümayiş etdirmək təkcə podiuma çıxan modellərin işi deyil. Əgər sizin arıq, düz ayaqlarınız varsa, qarderobunuza qısa geyim daxil edin. Qısa ətək, şortik və ya paltar bu mövsümün ən dəbli seçimləridir.
Neytral makiyaj
Fərqli və ya sadə makiyaj sizi cazibədar göstərə bilər. Gözlərin üstünə rəngarənk kölgə çəkmək heç də pis olmaz.
Follow @7timesaz