Maraqlı

Qocalmanı ləngidir, beyini sakitləşdirir – “Qış meyvəsi”ni quru yeyin

Qocalmanı ləngidir, beyini sakitləşdirir – “Qış meyvəsi”ni quru yeyinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xurma qış meyvəsi hesab edilsə də, ilin hər fəslində yeyilir.

Bu səbəbdən də xurma qurudulur. Bəs xurma qurudulmuş halda öz faydalı xüsusiyyətlərini qoruyurmu?

Hər 100 qram qurudulmuş xurmanın tərkibində 75 qram karbohidrat, 15 qram sellüloz və 2,5 qram zülal var. Həmçinin qurudulmuş xurma A vitamini, kalsium, dəmirlə zəngindir.

Qurudulmuş xurma immunitetin möhkəmlənməsi üçün faydalıdır. Bunun hesabına soyuqdəymə və qripdən qorunmaq, qoruyucu funksiyaları möhkəmlətmək mümkündür.

Qurudulmuş xurma kollagenin əmələ gəlməsinə şərait yaradır ki, bu da insanın dərisinə fayda verir, ona tonus verməklə qocalma prosesini ləngidir.

Qurudulmuş xurma, həmçinin əməliyyatdan sonra da çox faydalıdır.

Həmçinin görmə qabiliyyətini, selikli qişanı bərpa etmək, xərçəngin riskini azaltmaq və sümükləri möhkəmlətmək mümkündür.

Meyvənin tərkibindəki A vitamininin hesabına görmə qabiliyyəti yaxşılaşır, selikli qişa isə daha tez sağalır. Xurmanın bu keyfiyyəti onkoloji proseslərin inkişafına təsir göstərən sərbəst radikallarla mübarizədə də faydalıdır. A vitamini hüceyrələri və orqanizmi toksinlərdən təmizləyir.

Qurudulmuş xurma yaşlılar, uşaqlar və idmançılar üçün çox xeyirlidir. Onu tez-tez qəbul etmək məsləhətdir, çünki sümükləri möhkəmləndirir. Həmçinin osteoporozun inkişafının, sümüklərin kövrəkliyinin qarşısını alır.

Qurudulmuş xurmanın tərkibində çoxlu kalium vardır ki, bu da ürək-damar sistemi üçün faydalıdır. Ürək çatışmazlığı zamanı xurma tonusu və ürəyin fəaliyyətini dəstəkləyir. Həmçinin hipertoniyada, infarkt və ya insulta meyillilikdə yaxşı təsir göstərir. Tərkibindəki kalium isə xolesterinin səviyyəsini aşağı salır.

Bu meyvə qurusu beynin fəaliyyətini və maddələr mübadiləsini sürətləndirir, iltihab proseslərini azaldır.

Babasil üçün əla profilaktikadır, xırda damarların divarlarını möhkəmlədərək, mümkün qansızmaların qarşısını alır, iltihab əleyhinə təsir göstərir.

Xurmanın tərkibindəki sellüloz sayəsində mədə-bağırsaq traktındakı problemlərin, məsələn, qəbizliyin qarşısını almaq mümkündür. Qurudulmuş meyvə bu baxımdan həddən artıq faydalıdır, həzm prosesini tezləşdirir və qidanı daha asan ötürür.

Meyvənin tərkibindəki çoxlu miqdarda qlükoza orqanizmə enerji verir. Bir çox diyetoloqlar məşqlərdən sonra qurudulmuş xurma yeməyi məsləhət görürlər. Bu, insulinin miqdarını artırır və itirilən gücü bərpa edir.

Qurudulmuş xurmanın zərərli təsirinə gəldikdə, bu, ilk növbədə, əks göstəricilərlə bağlıdır. Məsələn, onun tərkibində qlükozanın çox olması diabet xəstəliyindən əziyyət çəkən insanlar üçün zərərlidir.

Xurma allergiyası olan insanlara da zərərli ola bilər. Bu zaman qaşınma, iltihab, qızartı və hətta Kvinke  şişməsinin baş verməsi mümkündür.

Meyvə mədə-bağırsaq traktının aşkar problemləri zamanı orqanizmə mənfi təsir göstərə bilər. Kəskin pankreatit, qastrit və mədə xorası zamanı qurudulmuş xurma yemək məsləhət görülmür.

Lakin yadda saxlamaq lazımdır ki, bütün qaydalara riayət olunarsa, xurma orqanizmə heç bir zərər verməz.