Kriminal

Qonaq gəldiyi evdə qətlə yetirildi

Qonaq gəldiyi evdə qətlə yetirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu rayonunda qətl törədilib.

7times.az-ın məlumatına görə, “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Padarqışlaq kəndində qeydə alınıb. Sabirabad rayonunun Balvar kənd sakini, 29 yaşlı Dərgahlı Məmmədkərim Kərim oğlu Padarqışlaq kəndində qonaq olarkən onunla qohumları arasında mübahisə yaranıb. Mübahisə zəminində M.Dərgahlı bir neçə bıçaq xəsarəti alıb.

Ətrafdakı insanlar onu Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da yaralının həyatını xilas etmək olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.