Aktual

Qorxu içində ABŞ və Rusiyadan kömək istədi – “Türkiyəni dayandırın”

Qorxu içində ABŞ və Rusiyadan kömək istədi – “Türkiyəni dayandırın”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Suriyada yeni əməliyyat siqnalı verməsi PKK-YPG terror təşkilatını qorxuya salıb.

7Times.az  Teleqraf.com-a istinadla xəbər verir ki, PKK-nın Suriya uzantısı YPG-nin liderlərindən biri Nuri Mahmud türk ordusunun yeni antiterror əməliyyatı ilə bağlı təşkilatın mətbu orqanına danışıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın əməliyyat siqnalından sonra təşkilat daxilində artan qorxu və təşviş hər cümləsində hiss olunan baş terrorçu ABŞ və Rusiyadan kömək istəyib.

Mahmud Beynəlxalq qüvvələrin mümkün hər hansı əməliyyata qarşı çıxmasının vacib olduğunu bildirib:

“Onsuz da hər gün Şəhba, Təl-Rıfat, Rəsulayn, Təl-Təmir, Qamışlı, Kobani, Malikiyyə və Ayn İsaya qarşı hava əməliyyatları keçirilir, haubitsa və tanklardan atəş açılır”.

O, türk dronlarının terrorçulara nəfəs almağa imkan vermədiyinə də diqqət çəkib:

“Kadrlarımız hər gün PUA-larla hədəfə alınır. İndi onların daha əhatəli əməliyyat planı var. Beynəlxalq güclər ABŞ-Rusiya qarantiyasını yerinə yetirməlidirlər. Lazım gələrsə, Türkiyəyə “dur” deməlidirlər”.