Maraqlı

Qrup nikahı və bakirə qızların inisiasiyası: 19-cu əsrin “azad sevgi” təriqəti

Qrup nikahı və bakirə qızların inisiasiyası: 19-cu əsrin “azad sevgi” təriqətibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qrup nikahı və bakirə qızların inisiasiyası: 19-cu əsrin “azad sevgi” təriqəti. Oneida – 1848-ci ildə yaradılmış və 20 ildən artıq fəaləyyət göstərən, Nyu-York ştatında yerləşən utopik güşə məhs bu cür adlandırılırdı. Digər viktariyan dünyası boğucu və sıxıcı korsetlər geyinən müddət, boğaza qədər bütün düymələri bər-bərk bağlayan zaman, bütün gücləri ilə sexdən yayınmağa cəht göstərdikləri an Oneida divarları arasında tamami ilə fərqli abu-hava tüğyan edirdi. Burda qadınların uşaq dünyaya gətirib-gətirməməkləri öz istəklərindən aslı idi. İstədikləri zaman şalvar geyinir, istədikləri zaman bəyəndikləri kişi ilə sevişə bilərdilər. Bütün bunlar qulağa pis səslənməsə də, yalnız bir “amma”-sı mövcud idi.

 

“Azad sevgi”nin atası

Hər şey John Humphrey Noyes adlı kişi ilə başlayır. Onun adı dövründə olduqca böyük səs-küylərə səbəb olduğundan, bir çox lüğətlərdə “azad sevgi” kəlməsinin izahı zamanı məhs bu ad qeyd edilməkdədir. Noyes həm amerikalı siyasətçi, həm də ictimayi xadim idi. 10 il müddətində hüquqşunas sahəsində çalışsa da, sonradan imtina edərək dinə maraq göstərir. Xeyli müddət bu sahəni araşdırdıqdan sonra keşiş olmaq qərarına gəlir. Lakin, dini təhsili zamanı seminariyada özünü yaxşı tərəfdən göstərə bilmir.

Xeyir, biz demək istəmirik ki, o davranışlarna nəzarət etməyən və ya təhsilə, oxumağa önəm vermiyən insan olub, əksinə: Noyes teoloji mövzulara aludə olduğundan, tez-tez kolleqaları ilə mübahisələr etməli olur. Oxuduğu illər ərzində onu daha çox günah və əxlaq mövzuları yaxından maraqlandırırdı. Son nəticədə Noyes özü üçün fərqli qərar qəbul etməli olur: “Onun Allahla yeni münasibəti ənənəvi əxlaq normalarına və ya cəmiyyətin adi qanunlarına tabe olmaq öhdəliyini ləğv edir”.

Son nəticədə onu Yale seminariyasından azad edir və yenicə təqdim edilmiş pastor lisenziyasından məhrum edirlər. Lakin, Noyes bundan heç bir təəssüf hissi keçirmir. Bundan sonra Patni şəhərinə yollanır, orda kçik “bibliya məktəbi” təsis edir. Daha doğrusu bu məktəb sekta rolunu oynayır. “Mən günah etmək lisenziyamı itirmişəm. Ancaq onlar günah etməkdə davam edirlər. Mənim təbliğ etmək vəsiqəmi əlimdən aldılar, amma mən təbliğ etməyə davam edəcəm”.

Noyesin 27 yaşı olarkən həyatında növbəti önəmli hadisə baş verir. Bu onun təsis etdiyi icmanın fəaliyyətinə ciddi təsir göstərir. Noyes Harriet Holton adlı qadınla evlənir. İlk bir neçə il onlar adi “xristian” nigahı ilə, yəni heç bir kontraseptik vasitələrdən istifadə etmədən yaşayırlar. 6 il ərzində Harriat beş dəfə uşaq dünyaya gətirir. Doğuş olduqca ağır olduğundan yalnız bir uşaq həyatda qala bilir. Görünür Noyes həyat yoldaşından vaz keçmək istəmir və xanıma bir müddət ayrı yaşamağı təklif edir. Qərar ailəyə böyük rahatlıq gətirir. Buna baxmayaraq, tamami ilə sexdən imtina Noyes üçün ideal qərar kimi görünmür və nəticədə o fərqli sexual texnikaları örgənməyə maraq göstərir. Bu yolla Noyes hər iki tərəfin sexual həzz yaşaması şərti ilə hamilə qalmamaq variantlarını nəzərdən keçirir.

Bundan başqa keşiş istənilən hamiləlik cəhtlərinin planlaşdırılmış olması və həqiqətən bunu iki tərəfin də istəməsi fikirlərini daha məqsədə uyğun hesab edir. XIX əsr üçün bu fikirlər qeyri-adi olmaqla yanaşı, xristianlığın bütün qaydalarına zidd hesab edilirdi.

Kommunanın yaranması

 

Oneida kommunası Oneida -Krik gölünün sahilində təsis edildi. Daha doğrusu, Medison və Oneida vilayətlərinin sərhəddində. Sözü gedən ərazini Jonatan Bart adlı şəxs əldə edir ki, sonradan bu insan Noyes ideyalarının davamçısı kimi tanınır. Şəxsən özü torpaq sahəsini “dünyanın mümkün ən yaxşı güşəsinin” tikintisi üçün təqdim edir. Bartın təklifinə əsasən Noyes şəxsi qaydalara və şəxsi əxlaq prinsiplərinə sahib cəmiyyət qurmaq qərarı ilə razılaşır.

Qrup nikahı

Kommunanın iştirakçıları azad sevginin əsas qaydalarına riayət edərək qrup nikahlarına daxil olurdular. Bunun isə mənası istənilən kişi razılığı olduğu təqdirdə istənilən qadınla sexlə məşğul ola biləcəyi anlamına gəlirdi.

Daha yaşlı kişilər gənc qızları sex texnikası ilə tanış edirdilər. Təlimlər zamanı kişi boşalmır və orqazmdan çəkinir. Gənc oğlanlar isə artıq menopauza dövrünə çatmış qadınlarla sınaqlarını davam etdirirdilər. Maraqlı tərəf, bu cür yanaşmanın tamami ilə işəyaramasında idi. 20 il ərzində kommunanın mövcutluğu müddətində yalnız 12 planlaşdırılmamış hamiləlik faktına rast gəlinmişdir. Özlərini (orqazmı) saxlaya bilməyən kişilər ictimai qınaq və istehzaya məruz qalırdı. Noyesin fikrincə planlaşdırılmadan ata olmaq masturbasiya etmək kimi yolverilməz və utancverici bir haldır.

Gənc qızlar isə nisbətən yaşlı kişilərin öhdəsinə buraxılırdılar. Adətən bu halda partnyor kimi kommunanın yaradıcıları və Noyesin özü nəzərdə tutulurdu. Noyes dəfələrlə şəxsən özü bakirə qızlara məmnuniyyətlə individual dərslər keçmişdir.

Bu kimi yaşam tərzinin əxlaqsız cinsi münasibətlərə səbəb olduğu kimi düşüncələr yaransa da, yaxından baxdıqda heçdə belə olmadığını görmək olar. Bütün münasibətlər sənəd üzərində rəsmiləşdirilir, sex icazəsi üçün mütləq komitetə yazılı müraciyət edilirdi. Bütün kommunarlar böyük evdə, fərqli otaqlarda yaşayırdılar. Kommunar rəhbərlər bu formada kimin nə zaman necə sexlə məşğul olduğunu aydın görə bilirdi. Sexlə məşğul olmaq azad olsa da, bağlanmaq olmaz. Kişilərə seçdikləri qadınla bütün geceni birlikdə qalmağa icazə verilmirdi.

Qadınların vəziyyəti

 

Oneida kommunası ailədə və cəmiyyətə qadınların rolunu dəyişməklə bağlı cəhdlər göstərən ən radikal təşkilat hesab olunurdu. Birinci, qadının öz uşaqlarıni böyütməklə bağlı heç bir öhdəliyi yox idi. Bütün bu öhdəliklər ümumi kommunanın üzərinə qoyulmuşdu. İkinci isə, xanım özü nəzəri baxımdan kiminlə yatıb-yatmayacağına qərar verə bilirdi. Üçüncü üstünlük isə, onların təşkilat daxilində istədikləri və bacardıqları işlə məşğul ola və ürəkləri istədikləri şəkildə geyinə bilməsindədir (qadın alt geyimindən, kişi geyiminə kimi).

Kişilərlə eyni hüquqda olan qadınlar kommunanın ictimai işlərində aktiv şəkildə iştirak edirdilər. Üzvlərin “uğurlu” olma bacarıqları onların qadın və ya kişi olmalarından deyil, Noyesin nə qədər xoşuna gəlmələrindən aslı məsələ idi.

Azad sevgi öz yerində, ancaq əgər səni rəhbər istəyirsə buna bir mənalı razı olmalısan. Əgər ümumiyyətlə rəhbər özünün yox, Oneidanın başqa üzvlərindən birinin səninlə olmasını istəyirsə, bundan imtina etmək mümkün deyil. Noyes çox vaxt cütlükləri özü seçir, şübhə hiss edənləri etibarlı kommunarlarla “cütləşdirirdi”.

Nəzarət və stripmədəniyyət

 

Stripmədəniyyət – onilliklər ərzində Oneida kommunasında aparılan yevgenik təcrübənin adı idi. Termini stirps – “kök, ailə”və culture “mədəniyyət” sözlərinin birləşməsi şəklində Noyes özü düşünmüşdür. Kommunanın gəlirləri olduqca az olduğundan Noyes ciddi cəhdlə hamiləliyi nəzarət altına almalı olduğunu yaxşı bilirdi. Özlərini saxlaya bilməyən kişilərin ucbatından doğulan uşaqlar yalnız valideyinləri tərəfindən, planlı şəkildə icra olunan cinsi əlaqə zamanı doğulan uşaqlar isə ümumi kommuna tərəfindən böyüdülürdü.

Eksperimentin mahiyyəti hər bir hamiləliyin mütləq mənada planlaşdırılması, daha sağlam, möhkəm və mənəvi baxımdan tam təmin edilmiş nəslin yetişdirilməsinə tövhə verməkdən ibarət idi. Noyesin özü də bu işdən kənarda qalmayaraq ondan çox övlada atalıq etmişdir.

Eksperimentdə iştirak üçün qadın və kişi seçim kateqoryaları hər zaman Noyesin öhdəliyində olmasına baxmayaraq, hər zaman yeni üzvlər komuna komitetində müzakrəyə çıxarılmışdır. Eyni zamanda, həmin komitet uşaq sahibi olmaq istəyənlərə razılıq verə və ya imtina edə bilərdi. Qeyd edək ki, kommunada ən böyük diqqət kişi və qadınları fiziki keyfiyyətlərindən çox mənəvi xüsusiyyətlərinə yetirirdi.

Buna baxmayaraq, Oneida təfəkkürünə əsasən uşaq öz bioloji valideyinlərinə bağlı olmamalıdır. Körpə böyüyərək bütün kommuna üzvlərini qohum hesab etməlidir. Bu cür uşaqlar kommunanın bunun üçün ayrılmış xüsusi tərbiyəçiləri tərəfindən yönəldilirdi. İlk olaraq “bu cür uşaqların gələcəkləri necə olacaq? Qarşılaşdıqları qaranlıqda necə böyüyəcəklər?” kimi yarana biləcək suallarınıza cavab olaraq bildirək ki, kifayət qədər ürəkaçan olmuşdur: çoxu yaxşı təhsil almış və uzun ömür sürmüşlər. Kommunanın övladlarına adi viktorian ailələrdən daha çox diqqət yetirilir, onlarla hər tərəfli maraqlanılırdı.

John Humphrey Noyes hakimiyyəti oğlu Teodor Noyesə ötürənə qədər kommunanın həyatı uğurlu hesab edilsə də, dəyişiklik zamanla kommunanın daxilində parçalanmaya səbəb oldu. Kommunarların əksəriyyəti ənənəvi evliliyə qayıtmaq istədi. Kommunaya xarici təzyiqlər də gücləndi – Jon Noyes uşaqlara təcavüzdə günahlandırıldı (bu yəqin ki, səbəbsiz deyil) və o, ABŞ-dan Kanadaya qaçmalı oldu. 1879-cu ildə kommuna buraxıldı, üzvlərinin bir qismi səhmdar cəmiyyəti yaradıb, kommersiya fəaliyyətini davam etdirdilər. Yaranan cütlüklərin əksəriyyəti birlikdə yaşamağa davam etdilər.

(topmister)